Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 3-də saat 18:15-dən 19:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsinin 2.5 km şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini;
- saat 18:45-dən 19:10-dək isə Goranboy rayonunun işğal olunmuş Talış kəndinin 8 km şimal-şərqində yerləşən mövqelərindən qoşunlarımızın həmin rayonun Qırmızısaqqallar kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Hər iki halda düşmən cavab atəşi ilə susdurulmuşdur.
İtki yoxdur.