AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 1-dən 5-dək NATO-nun Brüssel şəhərindəki (Belçika) qərargah-mənzilində “XXI əsrdə vertolyotlara qarşılıqlı qulluq məsələləri üzrə” işçi qrupun görüşü keçiriləcəkdir. Görüşdə bu sahədə standartlaşdırma məsələləri müzakirə ediləcəkdir.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.