Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Maddi-Texniki Təminat rəisi general-polkovnik İbrahim Tülünü, Quru Qoşunlarının Maddi-Texniki Təminat Planlaşdırma İdarəsinin rəisi general-mayor Orxan Tiryakini və onları müşayiət edən şəxsləri qəbul etmişdir. Görüş zamanı Azərbaycan-Türkiyə əsgər qardaşlığı haqqında geniş fikir mübadiləsi edilmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.