AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, fevralın 9-dan 12-dək Oxrid şəhərində (Makedoniya) “Kooperativ Draqon-99” təlimlərinin planlaşdırılması üzrə 2-ci seminar və baş konfrans keçiriləcəkdir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.