AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 13-də ABŞ-ın Silahlı Qüvvələrinin Avropa komandanlığının planlaşdırma və hərbi siyasət departamentinin rəisi briqada generalı Çarlz Simpsonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya rəsmi səfərə gəlmişdir.
Səfər zamanı nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev tərəfindən qəbulu gözlənilir.