AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanla Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Azərbaycan-Ermənistan dövlət sərhəddi ərazisində görüşü keçiriləcəkdir. Görüşdə münaqişədə olan tərəflər arasında əldə olunmuş atəşkəs rejiminin daha da möhkəmlənməsi və digər məsələlər müzakirə ediləcəkdir.