Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanla Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı Azərbaycan-Ermənistan dövlət sərhəddi ərazisində görüşü keçirilmişdir.
Görüş zamanı Müdafiə nazirləri münaqişədə olan tərəflər arasında əldə olunmuş atəşkəs rejiminin daha da möhkəmləndirilməsi, təhlükəli vəziyyətlər zamanı zərurət olduqda onlar arasında şəxsən əlaqə yaradılması, hərbi əsirlər olduqda bir-iki gün ərzində onların qeyd-şərtsiz qarşılıqlı surətdə geri qaytarılmasını təmin etmək və bundan sonra da ikitərəfli görüşlərin davam etdirilməsi haqqında razılığa gəlmişlər.