AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin 1999-cu ilin noyabr ayında Moskvaya rəsmi səfərinə cavab olaraq, Rusiya Federasiyasının Müdafiə naziri marşal İqor Sergeyev dekabrın 25-i və 26-da Bakıya rəsmi səfərə gələcəkdir.
Səfər zamanı Rusiya Federasiyası Müdafiə nazirinin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Milli Məclisin sədri Murtuz Ələsgərov və Baş nazir Artur Rasizadə ilə görüşü planlaşdırılır.