Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Norfolk şəhərində (ABŞ) martın 5-dən 8-dək NATO-nun Atlantika komandanlığında tərəfdaşlığı əlaqələndirmə qrupu rabitə zabitlərinin görüşü keçiriləcəkdir. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mons şəhərində (Belçika Krallığı) akkreditə olunmuş zabitləri iştirak edəcəklər.
Oberomerqau şəhərində (AFR) martın 5-dən 10-dək Avropada təhlükəsizlik, martın 6-dan 10-dək isə səfərbərlik və ehtiyat qüvvələri üzrə kurslar keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.