Martın 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carıyev Murad Baltayeviçi qəbul etmişdir.
Müdafıə naziri qonağı səmimi salamladıqdan sonra, Ermənistan-Azərbaycan münaqişəsinin baş vermə səbəbləri və nəticələri, qaçqınlar və iqtisadi problemlərlə üzləşdiyimiz haqqında ona məlumat vermişdir. O, demişdir: “Biz iki qardaş xalqıq. Hesab edirəm ki, dövlətlərimizin prezidentlərinin görüşündən sonra geniş əməkdaşlığa imkan yaradılacaqdır”.
Cənab M.Carıyev öz növbəsində Azərbaycanda diplomatik fəaliyyətə yeni başladığını qeyd etmiş və Türkmənistanın Müdafİə nazirinin salamlarını general-polkovnik S.Əbiyevə çatdırmışdır. Daha sonra o bildirmişdir: “Türkmənistan neytrallıq siyasəti aparır və ordumuz da müdafiə məqsədləri üçün yaradılıb. Gənc ordumuzun hərbi kadr çatışmamazlığı vardır, Bu sahədə əməkdaşlıq edilməsinə ehtiyac duyulur”.
Öz növbəsində Müdafiə naziri qeyd etmişdir: “Əməkdaşlıq etmək, problemləri həll etmək lazımdır. Azərbaycanın ali hərbi məktəblərinin qapıları türkmən gənclərinin üzünə açıqdır”.
Səfir görüş üçün Müdafiə nazirinə minnatdarlığını bildirmişdir.
Görüşdə Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin məsləhətçisi cənab Muraddurduyev Muhammedquli və MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişlər.