NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində martın 13-dən 15-dək Riqa şəhərində (Latviya) “Kooperativ Banners” təlimlərinin planlaşdırılması üzrə yekun konfrans; martın 13-dən 17-dək Lvov şəhərində (Ukrayna) “Sülhün sipəri-2000” təlimlərinin planlaşdırılması üzrə əsas konfrans; martın 13-dən 24-dək Oberomerqau şəhərində (AFR) Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə üzrə inspektorlar və onları müşaiyət edən şəxslər üçün birləşmiş kurslar; martın 14-dən 16-dək Tbilisi şəhərində (Gürcüstan) “Kooperativ Partner” təlimləri üzrə yekun seminarı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.