Fevralın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Qoşunları Akademiyasının rəisi general-mayor Xəlil Şimşəyi və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı attaşesi general-mayor Sadıq Ercanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra general-mayor X.Şimşək Azərbaycana ilk gəlişindən xoşhal olduğunu və Azərbaycan Silahlı Qüvvələrində görülən işlərlə tanışlıqdan məmnun qaldığını bildirmişdir. Sonra o, Türkiyə Respublikası Hərbi Akademiyalarında hazırda görülən işlər barəsində Müdafiə nazirinə məlumat vermişdir. O, Türkiyə Hərb Akademiyaları nümayəndə heyətinin regiona səfərinin məqsədini açıqlayaraq qeyd etmişdir ki, məramımız Azərbaycan Silahlı Qüvvələri ilə yaxından tanış olmaqdır.
Müdafiə naziri xoşniyyətli səfər üçün nümayəndə heyətinin rəhbərinə təşəkkür etmiş və onu Cənubi Qafqaz regionundakı vəziyyətlə tanış etmişdir.
Sonra tərəflər ordu quruculuğu ətrafında fikir mübadiləsi etmişlər.
Görüşdə Azərbaycan Respublikası Hərbi Akademiyasının rəisi vəzifəsini icra edən general-mayor Hacırəhim Məmmədov və MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişlər.