Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Fevral 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Birləşmiş Komandanlığının Cənub-Şərqi Avropadakı Qərargahının rəis müavini general-mayor R.Rıfkı Durusoyun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları səmimi salamladıqdan sonra bildirmişdir ki, Azərbaycan NATO ilə əməkdaşlığa, o cümlədən Bakıda keçirilməsi 2001-ci ilə planlaşdırılmış “Kooperativ Determineyşn” komanda-qərargah təlimlərinin keçirilməsinə hazırdır. Nazir əlavə edərək demişdir: “Üç ildir ki, Azərbaycan Silahlı Qüvvələrində təhsil sistemi və təlimlər NATO standartlarına uyğun olaraq həyata keçirilir. Əminəm ki, Bakıda keçiriləcək tədbir Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə inkişafına yeni təkan verəcəkdir.”
General-mayor R.Durusoy səmimi qəbul üçün nazirə minnətdarlıq etdikdən sonra bildirmişdir ki, NATO nümayəndə heyətinin Bakıya səfəri komanda-qərargah təlimlərinin keçirilməsi üçün şəraiti öyrənmək məqsədi güdür. Sonra o, qeyd etmişdir ki, Azərbaycanda hərbi təhsilin NATO standartlarına uyğun proqramlarla tədris edilməsi nümayəndə heyətini məmnun etmişdir.
Sonra general-polkovnik S.Əbiyev nümayəndə heyətinin üzvlərini Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış etmiş və onları maraqlandran suallara cavab vermişdir.
Görüşdə MN Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofıq Salmanov iştirak etmişdir.