AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Rumıniyanın Dövlət naziri - Milli Müdafiə naziri cənab Viktor Babyukun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 14-də Bakıya rəsmi səfərə gələcəkdir.
Səfərin proqramında Azərbaycan Respublikasının Milli Məclisinin sədri M.Ələsgərov, Baş nazir A.Rasizadə və Xarici İşlər naziri V.Quliyev ilə görüşlər nəzərdə tutulmuşdur.
Səfər fevralın 17-dək davam edəcəkdir.