Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri polkovnik Bernard Violettini qəbul etmişdir.
Müdafiə naziri qonağı salamladıqdan sonra ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində göstərdiyi səylərin indiyədək bir nəticə verməməsinə təəssüflənmişdir. Sonra o, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyətlə onu tanış etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin baş vermə səbəbləri və nəticələri haqqında məlumat vermişdir.
Polkovnik B.Violetti general-polkovnik S.Əbiyevə səmimi qəbul və ətraflı məlumat üçün öz minnətdarlığını bildirmişdir. O, fevralın 22-də Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttinin Füzuli rayonu sahəsində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə monitorinq keçirməsi və onun heç bir hadisə baş vermədən sona çatması haqqında Müdafıə nazirinə ətraflı məlumat vermişdir. O, demişdir: “Arzu  edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə, dinc yolla həll edilsin və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupu da öz hümanitar missiyasının uğurla başa çatdırsın”
General-polkovnik S.Əbiyev qonağı maraqlandıran digər suallara cavab vermişdir.
Görüşdə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əlaqələr İdarəsinin rəisi polkovnik Tofiq Salmanov iştirak etmişdir.