Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Bu yaxınlarda Azərbaycan Respublikası Silahlı Qüvvələri mahnı və rəqs ansamblının üzvü, Respublikanın əməkdar artisti Rzayev Zaur Əlihüseyn oğluna Rusiya Federasiyası Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Fevralın 22-də Müdafiə Nazirliyində həmin mükafatın təqdimatı mərasimi keçirilmişdir. Mükafatı Dağıstan Respublikası Xalq Məclisinin deputatı Qurbanov Məhəmməd Seyidoviç təqdim etmişdir. O, Z.Rzayevin bir sənətkar kimi şöhrətinin Azərbaycan sərhədlərini aşdığını və onun Dağıstanda də sevildiyini vurğulayaraq demişdir: “Mən bu mükafatı Dağıstan Respublikası Dövlət şurası və hökumətinin tapşırığı ilə sevimli sənətkara təqdim edirəm. Bu, sənət adamına bizim ən yüksək dövlət mükafatımızdır”. Sonra o Dağıstan Respublikası Dövlət Şurası sədrinin Fərmanını oxumuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev çıxış edərək bildirmişdir ki, Dağıstan xalqı Azərbaycan xalqının ən yaxın qonşusu və dostudur. O, demişdir: “Biz bu dostluğu həmişə hiss etmişik. Çətin olanda – hər ikimizə çətin olub. Xalqlarımız birdir. Sənətkarımız Z.Rzayevə təqdim edilən yüksək dövlət mükafatı bu həqiqəti bir daha təsdiq edir”.
Tədbirin sonunda Dağıstan Respublikasının əməkdar incəsənət xadimi Z.Rzayev çıxış edərək bu yüksək mükafat üçün Dağıstan Respublikasının rəhbərliyinə öz minnətdarlığını bildirmişdir. O, demişdir: “Bu mükafat mənim üçün ona görə ikiqat qiymətlidir ki, mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəriyəm. Bu təkcə mənə yox Dağıstan xalqının Azərbaycan incəsənətinə olan böyük məhəbbətinin təzahürüdür”.