Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Müdafiə, planlaşdırma və sərvətlərin idarəedilməsi İdarəsinin rəisi briqada generalı Şərafətdin Telyazanı qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonağı salamladıqdan sonra briqada generalı Ş.Telyazan bildirmişdir ki, o, Azərbaycan Silahlı Qüvvələrinə 3 milyon 100 min ABŞ dolları məbləğində təmənnasız yardım göstərmək haqqında sənədlər imzalamaq üçün Bakıya gəlmişdir.
Müdafiə naziri Türkiyə Respublikası Silahlı Qüvvələri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri arasında münasibətlərin getdikcə dərinləşdiyindən məmnun olduğunu vurğulamışdır.
Görüşün sonunda “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təmənnasız hərbi yardım haqqında Müqavilə” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında maliyyə yardımı haqqında Protokol” imzalanmışdır.
Sənədləri Türkiyə Respublikası tərəfdən briqada generalı Şərafətdin Telyazan və Azərbaycan Respublikası tərəfdən Müdafiə nazirinın Maddi Texniki təminat üzrə müavini - Silahlı Qüvvələrin Maddi Texniki təminat rəisi vəzifəsinin icraçısı polkovnik Qorxmaz Qarayev imzalamışlar.
Görüşdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.