Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2000 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini — Kadrlar və Hərbi Təhsil İdarəsinin rəisi polkovnik Məmməd Beydullayev Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə komissiyasının İşgəncələrə qarşı xüsusi məruzəçisi N.Rodlini qəbul etmişdir.
Polkovnik M.Beydullayev qonağı Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin hüquqlarının qorunmasının vəziyyətilə tanış etmişdir. O, qeyd etmişdir ki, Silahlı Qüvvələrdə insan hüquqlarının qorunması işi Azərbaycan Respublikası Prezidentinin “İnsanın və vətəndaşın azadlıq və hüquqlarının təmin edilməsi haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı əsasında təşkil edilmişdir. O, demişdir ki, Silahlı Qüvvələrdə insan haqlarının qorunmasını həyata keçirmək üçün bütün vasitələr mövcuddur və ordu rəhbərliyi bu sahədə baş verən hər bir hadisəni diqqətdən kənarda saxlamır, onlar araşdırılır, qiymətləndirilir və günahkarlar varsa cəzalandırılır. O, sonra baş vermiş bir neçə konkret hadisəni təhlil etmişdir.
Cənab N.Rodlin polkovnik M.Beydullayevin hərtərəfli informasiyasından razı qaldığını bildirmiş və onu maraqlandıran suallara nazir müavinindən ərtaflı cavablar almışdır.
Görüşdə Müdafiə Nazirliyi Hərbi-hüquq şöbəsinin rəisi polkovnik Rafiq Ramazanov iştirak etmişdir.