AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 10-da, Kosovoda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində xidmət edən Azərbaycan taqımının bir qrup əsgərinin həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar, onları əvəz edərək 7 nəfərin Türkiyə Respublikasına yolasalma mərasimi keçirilmişdir.
Türkiyədə uyğunlaşma təlimləri keçdikdən sonra əsgərlərimiz Kosovoya gedəcəklər.