Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2000 00:02

Müdafiə Nazirliyinin məlumatı

Mayın 8-də Azarbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi Xəritə Baş Komandanı general-leytenant Mehmet Başpınarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrində topoqrafiya xidmətinin vəziyyəti barəsində onlara məlumat vermişdir.
General-leytenant M.Başpınar səfərinin məqsədini açıqlayaraq bildirmişdir ki, o Azərbaycan Respublikası Silahlı Qüvvələrinin topoqrafiya xidmətilə tanış olmaq və ona kömək göstərmək üçün Bakıya gəlmişdir.
Görüşün sonunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi arasında topoqrafiya sahəsində əməkdaşlığa dair” Protokol imzalanmışdır.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı attaşesi general-mayor Sadıq Ercan iştirak etmişdir.