Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Aprel 2000 00:00

Müdafiə Nazirliyinin məlumatı

Aprelin 24-də saat 21:10-dan 21:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər rayonunun işğal olunmuş Çiləbürt kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Şıxarx kəndi sahəsindəki mövqelərini; 23:00-dan 24:00-dək isə Tərtər rayonunun işğal olunmuş Talış kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.
Aprelin 25-də saat 01:50-dən 02:30-dək düşmən Azərbaycan Silahlı Qüvvələrinin Xanlar rayonu sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşdur.
Düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.