Yanvarın 24-də Bakı şəhərində Azərbaycan Respublikası ilə NATO arasnda fərdi tərəfdaşlıq proqramına uyğun olaraq, “Sülhməramlı əməliyyatların keçirilməsi” mövzusunda kurslar başlanmışdır. Tədbiri Azərbaycan Respublikası Müdafiə nazirinin müavini polkovnik M.BeydulIayev və NATO məktəbinin rəis müavini polkovnik G.Blezinq açmışlar.
Kurslarda NATO-nun Oberomerqau (AFR) şəhərində yerləşən məktəbinin Almaniya Federativ Respublikası, Böyük Britaniya, Türkiyə, İtaliya, Hollandiya və Bolqarıstandan olan ekspertlər qrupu, həmçinin ATƏT-in nümayəndəsi iştirak edirlər.
Yanvarın 28-dək davam edəcək kurslar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri üçün nəzərdə tutulmuşdur. Kurslarda, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak edirlər.