ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 6-da Ermənistan-Azərbaycan cəbhəsinin Füzuli rayonunun Horadiz yaşayış məntəqəsinin şimalında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra yardımçıları polkovnik-leytenant Miroslav Vımetal, polkovnik-leytenant Antal Xerdiç F.Rosu və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardımçıları polkovnik-leytenant Vladimir Tolkaç, polkovnik-leytenant Zbiqnev Feç və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi iştirak edəcəklər.