AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə nazirlərinin Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində keçirilən görüşündə iştirak etmək üçün iyunun 6-da Brüssel (Belçika Krallığı) şəhərinə yola düşmüşdür.
Sessiya iyunun 8-də NATO-nun Brüssel şəhərindəki qərargah-mənzilində keçiriləcəkdir.