Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 20-də saat 18:20-dən 19:30-dək, 19:30-dan 19:35-dək və 23:00-dan 23:15-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Vayk rayonunun Xndzorut kəndinin 1.5 km. cənub-qərbindəki, Bartsruni kəndinin şimal-qərbindəki, Martiros kəndinin 5 km. cənub-qərbindəki və Bartsravan kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Buzqov, Şahbuz rayonunun Şada, Yuxarı Remeşin və Biçənək kəndləri sahəsindəki mövqelərini avtomat və  pulemyotlardan ara-sıra atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.