Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Yanvar 2001 00:00

Müdafiə Nazirliyinin məlumatı

Dekabrın 17-si, 21-i, 22-si və 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan cəbhəsinin Daşkəsən və Gədəbəy rayonları sahəsini müdafiə edən "N" saylı hərbi hissəsinin bir qrup hərbi qulluqçusu ərazinin müxtəlif yerlərində qar uçqununa düşmüşlər. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş tapşırığını və vətən qarşısında öz xidməti borcunu yerinə yetirərkən təbii fəlakətə məruz  qalması barədə dərhal məlumat almış və təxirə salınmadan xilasetmə tədbirlərinə başlamışdır. Dekabrın 17-dən aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində qar uçqununa düşmüş əsgərlərin bir hissəsini xilas etmək mümkün olmuşdur. Bir zabitin, bir çavuşun və iki sıravi əsgərin cəsədləri isə dekabrın 29-da qar uçqunu altından çıxarılmışdır.
Vətən qarşısında öz xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş və Şəhidlik zirvəsinə ucalmış aşağıda adları çəkilən hərbi qulluqçuların cənazələri öz ata yurdlarında torpağa tapşırılmışdır.
1. Leytenant Abdullayev Aqil İmanqulu oğlu - Suraxanı rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
2. Sıravi Abbasov Paşa Bəşir oğlu - Suraxanı rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
3. Sıravi Həmidov Vüsal Mirnağı oğlu - Zərdab rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
4. Sıravi Kərimov Rauf Əlizadə oğlu - Lerik rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
Hazırda qar uçqunu altında qalmış və axtarışları davam etdirilən 7 əsgərin siyahısını təqdim edirik:
1. Çavuş Həsrətov Səid Alim oğlu - Neftçala rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
2. Sıravi Quliyev Səbuhi Bəhlul oğlu - Neftçala rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
3. Sıravi Hacımuradov Ramiddin Meyvəddin oğlu - Qusar rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
4. Sıravi Məmmədov Elşən Məhəmmədiyyə oğlu - Qəbələ rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
5. Alməmmədov Vəfadar Əlövsət oğlu - Qəbələ rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
6. Sıravi İsmayılov Ömər İsmayıl oğlu - Balakən rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
7. Sıravi Quliyev Rüfət Ağaqulu oğlu -  Lerik rayonu Hərbi komissarlığından Silahlı Qüvvələr sıralarına çağırılmışdır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında öz borcunu yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların valideynlərinə dərin hüznlə başsağlığı verir, şəhidlərimizə Allahdan rəhmət, doğmalarına isə səbr diləyir.