ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 12-də Tərtər rayonunun Talış kəndinin şərq istiqamətində, aprelin 13-də isə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri polkovnik-leytenant İ.Palatinus və F.Rossu keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik və onun səhra köməkçisi Y.Şarov keçirəcəklər.