AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə Pakistan İslam Respublikasının Müdafiə naziri cənab Həmid Nəvaz Xan aprelin 14-də Bakıya rəsmi səfərə gələcəkdir.
Aprelin 15-də general-polkovnik S.Əbiyev qonağı qəbul edəcəkdir.
Səfər aprelin 17-də başa çatacaqdır.