NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 4-ü və 5-də Moskva şəhərində (Rusiya Federasiyası) Minalar və Müharibənin Partlayıcı qalıqları mövzusunda konfrans, noyabrın 4-dən 6-dək Larissa şəhərində (Yunanıstan) NATO-nun Cənub Regional Komandanlığının SNT üzrə illik konfransı, noyabrın 4-dən 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Mülki Fövqəladə Planlaşdırması və Mülki-Hərbi Əməkdaşlığı üzrə tanışlıq kursu və noyabrın 4-dən 22-dək NATO-SNT Əməliyyat Qərargah zabitləri üçün kurs keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.