AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İkinci Beynəlxalq Müdafiə sərgisində (İDEAS-2002) iştirak etmək üçün sentyabrın 14-də Pakistan İslam Respublikasının Karaçi şəhərinə yola düşəcəkdir.
Səfər zamanı "Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında Müdafiə və Hərbi sahədə Əməkdaşlıq haqqında Saziş" imzalanacaqdır.
Səfər sentyabrın 19-da başa çatacaqdır.