ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 16-da Tərtər rayonunun Borsunlu və Talış kəndləri arasındakı ərazidə, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İ.Palatinus və K.Kratki, həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir A.Kaspşik, onun səhra köməkçiləri Z.Feç və Y.Şarov, həmçinin ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.