Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2002 00:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 3-də saat 21:00-22:00 radələrində Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup kursantı məktəb rəhbərliyinin onlarla rəftarına etiraz əlaməti olaraq şəhərciyi tərk edib.
Müdafiə Nazirliyi rəhbərliyinin təcili işə qarışması və kursantlarla aparılan müvafiq iş nəticəsində etiraz aksiyası dayandırılıb və məktəbdə tədris prosesi bərpa olunub.
Baş vermiş hadisənin səbəblərini aydınlaşdırmaq və təxirəsalınmaz tədbirlər görmək üçün Müdafiə Nazirliyi araşdırma aparır.