NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 1-dən 3-dək Lvov şəhərində (Ukrayna) “Cooperativ Advencer Exchange - 02” təlimlərinin yekun planlaşdırma konfransı və iyulun 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu keçirilir.
İyulun 2-si və 3-də Moskva şəhərində (Rusiya Federasiyası) Qəzaların qarşısının alınması üzrə təlimlərin yekun planlaşdırma konfransı, iyulun 3-ü və 4-də Tbilisi şəhərində (Gürcüstan) “Eternity” komanda-qərargah təlimlərinin yekun planlaşdırma konfransı keçiriləcəkdir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.