İyunun 28-də saat 22:45-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş şimal-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Atışma nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mustafayev Namiq Tofiq oğlu (1984-cü il təvəllüdlü, 1 iyul 2002-ci ildə Hacıqabul rayon Hərbi Komissarlığından çağrılıb) həlak olmuşdur.
Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş əsgər Namiq Mustafayevin ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyir.