NATO ilə Azərbaycan Respublikası arasında fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 23-dən 27-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) "Əməkdaşlıq əsasında təhlükəsizliyin gələcəyi" simpoziumu, Veliko Tarnovo şəhərində (Bolqarıstan) "İctimaiyyətlə əlaqələr" seminarı, Ankara şəhərində (Türkiyə Respublikası) "Sülhün dəstəklənməsi əməliyyatlarında qaçqınlara nəzarət" kursu, iyunun 23-dən iyulun 3-dək isə Aahen şəhərində (Almaniya Federativ Respublikası) NATO-nun Maddi-texniki təminat üzrə kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.