AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 20-dən iyulun 5-dək Odessa şəhərində (Ukrayna) "Kooperativ Partnyor-03" təlimləri, iyunun 22-dən 29-dək isə Vilnüs şəhərində (Litva) "Hərbi Ekologiya ilə tanışlıq kursu" keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.