NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində iyunun 16-dan 27-dək Saraqosa şəhərində (İspaniya) "NATO-nun Mülki-Hərbi Əməkdaşlıq üzrə taktiki kursu", iyunun 16-dan 20-dək Oberammerqau şəhərində (AFR) "Ehtiyat qüvvələri və səfərbərlik üzrə tanışlıq kursu", iyunun 17-dən 23-dək isə Türkiyə Respublikasında Hidroqrafiya sahəsində əməkdaşlıq üzrə müzakirələr, dəniz xəritələrinin hazırlanması mövzusunda tanışlıq kursu və qısa müddətli təIim keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.