Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün iyunun 10-da Brüssel şəhərinə (Belçika Krallığı) yola düşmüşdür.
Müdafiə naziri yolüstü iyunun 11-də Qarmiş-Partenkirxen şəhərində yerləşən (Almaniya Federativ Respublikası) "Corc Marşal adına Avropada Təhlükəsizlik Problemlərinin Tədqiqatları Mərkəzi"nin 10 illik yubileyində iştirak edəcəkdir.
NATO üzvü və tərəfdaş dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclası NATO-nun Brüsseldəki Mənzil-qərargahında iyunun 12-si və 13-də keçiriləcəkdir.
Səfər iyunun 16-da başa çatacaqdır.