AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın Astana şəhərinə yola düşmüşdür.
İclasın gündəliyində MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.
İclas iyunun 9-da Şukinsk şəhərində keçiriləcəkdir.