AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Rumıniyanın Müdafiə naziri İon Mirça Paşkunun dəvətilə aprelin 1-də Buxarest şəhərinə rəsmi səfərə yola düşmüşdür.
İki dövlətin Müdafiə nazirlikləri arasında 1999-cu ildə imzalanmış sazişə görə səfər planında ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə ediləcəkdir.
Səfər aprelin 4-da başa çatacaqdır.