NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində sentyabrın 2-dən 4-dək Sofya şəhərində (Bolqarıstan) “Silah və avadanlığın modernləşdirilməsinin texniki plan və proqramları üzrə məlumat mübadiləsi” mövzusunda işçi görüşü, sentyabrın 3-dən 5-dək isə Brüssel şəhərində (Belçika Krallığı) “SNT çərçivəsində “məlumatın yayılması və mübadiləsi sistemi (PRİME)” üzrə təlim kursu və Berlin şəhərində (Almaniya Federativ Respublikası) “Combined Endeavor-2004” təliminin Konsepsiya Planlaşdırma Konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.