Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2003 00:01

Müdafiə Nazirliyinin məlumatı

Fevralın 26-da “Panarmenian Network” informasiya agentliyi Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinad edərək, belə bir məlumat yaymışdır: “Fevralın 25-dən 26-na keçən gecə qondarma “DQR-nın müdafiə ordusunun hərbi qulluqçuları” əks tərəfin kəşfiyyat dəstəsinin cəbhə xəttini keçmək cəhdinin qarşısını almışlar. Atışma nəticəsində iki erməni əsgəri yaralanmış, bir Azərbaycan əsgəri öldürülmüş, biri isə yaralanmışdır”.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti bildirir ki, əslində Ermənistanda keçirilən prezident seçkilərində Ermənistan ermənilərilə Dağlıq Qarabağ erməniləri arasında mövcud olan kəskin siyasi qarşıdurma Silahlı Qüvvələrə də yayılmışdır. Bu zəmində orduda xidmət edən ermənistanlı əsgərlərlə hazırkı prezident R.Koçaryanı Müdafiə edən qarabağlı əsgərlər arasında silahlı toqquşma baş vermiş, nəticədə ölənlər və yaralananlar vardır.
“Panarmenian Network” informasiya agentliyi həqiqəti erməni xalqından gizlətmək məqsədilə dezinformasiya yaymışdır.