Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 İyul 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyulun 5-da saat 19:50-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş 4 km. şimal-qərbindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz postunu ələ keçirmək üçün qəflətən atəş açaraq hücuma keçmişlər.
Azərbaycan Silahlı Qüvvələri bölmələrinin güclü müqaviməti və bir saat yarım davam edən döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin 5 nəfər əsgər və zabiti öldürülmüş və çoxlu sayda əsgər və zabiti yaralanmışdır.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi qulluqçular Yusifov Rövşən Salman oğlu (28 noyabr 1976-cı ildə anadan olub, 26 iyul 1994-cü ildə Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığından çağrılıb) baş nahiyyəsindən aldığı güllə yarasından həlak olmuş və Salayev Vidadi Qurbanəli oğlu (1967-ci ildə anadan olub, 7 fevral 1994-cü ildə Lənkəran rayon Hərbi Komissarlığından çağrılıb) aldığı güllə yarasından hərbi xəstəxanada vəfat etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin 4 nəfər əsgəri yaralanmışdır.
Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş Rövşən Yusifovun və Vidadi Salayevin ailəsinə dərin hüznlə baş sağlığı verir və onlara Allahdan rəhmət diləyir.