AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ermənistan Respublikasının Müdafiə naziri Serj Sarkisyanla görüşmüşdür.
Görüş zamanı son zamanlar qoşunların təmas xəttində yaranmış gərginliklə bağlı və digər məsələlər müzakirə edilmişdir.