Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyul 2003 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 18-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Karel Kratki və Gennadi Korj keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Kennet Pikles və Yurgen Şmidt keçirəcəklər.