ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 23-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Kennet Pikles və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi Şmidt keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Miroslav Vımetal, Piter Key və Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi keçirəcəklər.