AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Detlev Lingenmanı qəbul etmişdir.
Görüş tanışlıq xarakteri daşımışdır.
Görüşdə Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında müdafiə sahəsində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.