Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 2004 00:00

Müdafiə Nazirliyinin məlumatı

Kanada dövlətinin Kütləvi İnformasiya Vasitələri nəşrlərində oktyabrın ikinci yarısında belə məlumatlar yayılmışdır ki, Amerika Birləşmiş Ştatlarının Müdafiə naziri cənab Donald Ramsfeldin dəvətilə oktyabrın 9-da “Con Kennedi” təyyarə gəmisində antiterror koalisiyası dövlətləri Müdafiə nazirlərinin, o cümlədən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin iştirak etdiyi görüşdə guya yaxın zamanlarda İrana qarşı hücum kampaniyası həyata keçiriləcəyi haqqında məsələ müzakirə edilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti bəyan edir ki, Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Bəhreyn Sultanlığına səfəri zamanı onun iştirak etdiyi görüşlərdə İrana qarşı hücum kampaniyası ilə bağlı heç bir məsələ müzakirə edilməmişdir.