AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 9-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının Xüsusi Əməliyyatlar Komandanı briqada generalı Tomas Srnkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqla Azərbaycan-Amerika və Azərbaycan-NATO əlaqələri barəsində fikir mübadiləsi etmişdir.
Görüşdə ABŞ Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik-leytenant Brendan Makalun iştirak etmişdir.