AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Litva Respublikasının Müdafiə naziri Linas Linkeviçiusun dəvətilə iyunun 14-də Vilnüs şəhərinə rəsmi səfərə yola düşmüşdür.
Səfər proqramında Litva Respublikası prezidentinin səlahiyyətlərini icra edən cənab Arturas Paulauskas ilə, Parlament, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyində görüşlər nəzərdə tutulmuşdur. Səfər iyunun 15-də başa çatacaqdır.